Məktəblərdə baş verən kütləvi zəhərlənmə halları ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmır. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, TƏBİB tibbi xidməti təşkil edən və ona nəzarət edən bir qurumdur.
"Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB sadəcə olaraq tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir",- Qurbanov bildirib.
Vüqar Qurbanov söyləyib ki, məktəblərdə tibb işçiləri də fəaliyyət göstərir.
"Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər".
Aprelin 6-da Bakıda 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !