• $
  • £

TƏBİB sədrindən "Delta" ştammı ilə bağlı AÇIQLAMA

TƏBİB sədrindən
02.07.2021 13:30
"Hazırda Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində dünyada sürətlə yayılan "Delta” ştammı əlaqəli tədqiqatlar aparılır”.

Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
TƏBİB sədri xatırladıb ki, bir neçə ay əvvəl ölkədə "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi və bununla bağlı ictimaiyyətə də məlumat verildi.

R.Bayramlı bildirib ki, "Delta” ştammı artıq Azərbaycanla qonşu dövlətlərdə də qeydə alınıb:

"Bu səbəbdən yeni ştammın Azərbaycana keçmə ehtimalı böyükdür. Lakin bunun vaxtında aşkar olunması və profilaktik tədbirlərin görülməsi mütləqdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi yeni ştammı aşkar edə bilmələri üçün lazımi avadanlıqlarla təmin edilib. Xüsusi protokol da hazırlanıb. Protokola uyğun olaraq riskli ölkələrdən Azərbaycana daxil olan şəxslərdən nümunələr götürülür”.

O əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq xəstəliyi daha ağır formada keçirənlərdən, eləcə də epidemioloji nəzarətdə saxlanılan xəstəliyin artımı olduğu lokal bölgələrdən də genetik analizlər götürülür:

"Hazırda nümunələr toplanılıb və təqdim olunur, mütəmadi müayinələr də aparılır. Hesab edirəm ki, əgər yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim edə biləcəyik”.
"Hər birimizin belə təhlükə ilə üz-üzə qalmağımızı unutmamalıyıq” – deyə Ramin Bayramlı qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bir gündə 106 axtarışda olan şəxs saxlanılıb
Cəmiyyət 10:56
Azərbaycanda bir gündə 106 axtarışda olan şəxs saxlanılıb
Xocavənddə traktor minaya düşdü
Cəmiyyət 10:50
Xocavənddə traktor minaya düşdü
Qobustanda avtomobil dirəyə çırpıldı - Sürücü öldü
Cəmiyyət 10:39
Qobustanda avtomobil dirəyə çırpıldı - Sürücü öldü
İranda ağır yol qəzasında 6 nəfər ölüb
Cəmiyyət 23:35
İranda ağır yol qəzasında 6 nəfər ölüb
Daha bir Türkiyə gəmisinə hücum edildi
Cəmiyyət 22:38
Daha bir Türkiyə gəmisinə hücum edildi
Tovuzda avtomobillər toqquşdu - Yaralanan var
Cəmiyyət 22:05
Tovuzda avtomobillər toqquşdu - Yaralanan var
Brent bahalaşdı
Cəmiyyət 21:11
Brent bahalaşdı
Vəkil İlqar Həmidov həbs edildi
Cəmiyyət 20:57
Vəkil İlqar Həmidov həbs edildi
Ermənistan parlamentinin yeni sədri Rubinyan dünyanın ən gənc spikeri olub
Cəmiyyət 19:55
Ermənistan parlamentinin yeni sədri Rubinyan dünyanın ən gənc spikeri olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol