Təbriz divarlarında etiraz şüarları yazılıb

21:42 | 16.05.2022
Təbriz divarlarında etiraz şüarları yazılıb

Təbriz divarlarında etiraz şüarları yazılıb

İranın böyük şəhərlərindən olan Təbrizdə  fəallar iqtisadi vəziyyətlə əlaqədar divarlara etiraz şüarları yazıb. Bu barədə ölkənin yerli mətbuatı yazıb.

Fəallar bu addım ilə son aylarda  ölkənin iqtisadi vəziyyətinin kəskin pisləşməsi ilə bağlı rəsmilərə xəbərdarlıq edib.

Təbrizdəki milli fəalların "bıçaq sümüyə dayanmış, can boğaza yığılmış" və "səsimizə səs ver ay millət" şüarları şəhərin izdihamlı məhəllələri və küçələrinin divarlarında yazılıb.

İranın müxtəlif şəhərlərində eyni problemdən dolayı etiraz aksiyaları da keçirilib.

Mayın 13-də Ərdəbildə etiraz aksiyasdan sonra İran Azərbaycanın digər şəhərlərində də təhlükəsizlik qüvvələrinin şəhər mərkəzlərində yerləşdirildiyi müşahidə olunur. Sosial mediada yayımlanan videolarda Ərdəbil və Təbrizdə çevik qüvvə polisinə aid maşınların şəhərin mərkəz bölgələrində olduğu müşahidə edilib.
Son bir həftədən bəri İranın Xuzistan vilayətində başlayan etiraz aksiyaları indiyədək ölkənin digər 8 vilayəti və 21 şəhəri əhatə edib.

İRNA dövlət xəbər agentliyi etiraz aksiyalarının keçirildiyini qismən təsdiqləyib və 15 nəfərin saxlanıldığını açıqlayıb.
 
Amerika Dövlət Departamenti İranda dinc etirazları dəstəkləyir. Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays bununla bağlı özünün tvitter hesabında İranda baş verən etiraz aksiyaları ilə bağlı paylaşım edib. O, vətəndaşların mədəni və dinc etirazlarını dəstəkləyib və etirazçıların öz haqlarının əldə edilməsi uğrunda göstərdikləri cəsarəti alqışlayıb.

"Biz İran xalqının dinc mitinqlər keçirmək və ifadə azadlığı hüququnu əldə etmək üçün həm onlayn həmdə oflayn şəkildə başladıqları etiraz aksiyalarını dəstəkləyirik", - Prays tvitter hesabında yazıb.

Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM