Təbrizin Səhənd adına stadionunda futbol üzrə yerli «Traktor» klubu ilə Tehranın «Perspolis» komandası arasında keçirilən yarışda təbrizlilər qalib gəlib.
ANN.Az-ın məlumatına görə, futbol üzrə İran çempionatının 16 –cı həftəsində keçirilən bu qarşılaşmada bir qol vurulub. Oyunun 41-ci dəqiqəsində vurulan qolun müəllifi Kərim Ənsarifərddir.
Bu qələbədən sonra 29 xal toplayan «Traktor» müvəqqəti olaraq, yarış cədvəlinin birinci pilləsinə yüksəlib.
Məlumata əsasən, 30-40 minlik stadion bu dəfə tamaşaçı ilə dolu olub. Yağışlı havada tamaşaçılar «Sədləri sındırın, Urmu gölün doldurun!», «Tehranın «Perspolis»i – Əfqanıstanın sevimlisidir!» kimi şüarlar söyləyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !