Təbriz və Urmiya yenidən ayağa qalxıb

11:59 | 13.06.2014
Təbriz və Urmiya yenidən ayağa qalxıb

Təbriz və Urmiya yenidən ayağa qalxıb

İyunun 10-da Güney Azərbaycanın böyük şəhərlərində bir daha Urmu gölünün rejim tərəfindən qurudulmasına qarşı keçirilən növbəti etiraz aksiyalarının videokadrları yayılıb.
Təbriz və Urmiyədə keçirilən aksiyalar tamamilə dinc bir şəkildə keçirilsə də, rejimin təhlükəsizlik qüvvələri aksiyaya kobudcasına müdaxilə edib və onlarla etirazçı yaxalanıb. Etirazçılar Urmu gönünün bərpası və rejimin siyasəti ilə əlaqədar diqqətçəkən şüarlar səsləndirdilər. Onlar “Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!”, “Türk qardaşım, dur səs ver!”, “Sədlərini sındırın, Urmu gölün doldurun!”, “Ruhani, Ruhani, vədələrin bəs, hani!” deyərək yürüş ediblər.
GünAz TV xəbər verir ki, Təbrizdə Urmu gölü etirazlarında tutulanların 5 nəfərinə 1 ay müvəqqəti həbs çıxarılıb, qalanları isə zaminə buraxılıblar.
İyunun 11-də Təbrizdə məhkəmə Urmu gölünə diqqət yönəltməyə çalışan azərbaycanlı fəallar Miryasin Seyid hüseyni, Əkbər Əbulzad, Nima Abbaspur, Əbdulla Nuri və Vəhid Vəlizadəyə 1 ay müddətinə müvəqqəti həbs qərarı çıxarıb. Həmin şəxslərə qərarlaşıb toplaşma ittihamı vurulub. Fəalların hər biri üçün 100 milyon tümənlik vəsiqə təyin edilib. Onlar Təbrizin Mərkəzi zindanına salınıblar. Digər tutulanlar isə vəsiqə qarşılığında zaminə buraxılıblar.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM