İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinə təsadüf edib. 3.5 bal gücündə olan zəlzələ martın 9-da Bakı vaxtı ilə saat 10:34-də yerin 17 km dərinliyində meydana gəlib. Təbii fəlakət Təbrizdən 8 km, Basmancdan 13 km və Xacədən 19 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !