Təcili Yardıma həkim qəbulu elan olundu

21:53 | 29.06.2020
Təcili Yardıma həkim qəbulu elan olundu

Təcili Yardıma həkim qəbulu elan olundu

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət edilirlər.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:
Ərizə;
Şəxsiyyət vəsiqəsi;
Diplom;
İnternatura vəsiqəsi;
Sertifikat;
Əmək kitabçası.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb