Azərbaycanın 2017-ci ilin II rübündə tədiyyə balansı 966 milyon ABŞ dolları həcmində profisitlə tamamlanıb.
anews.az Report-a istinadən xəbər verir ki, ilk rübdə bu profisit 464 milyon dollara bərabər olub.
Nəticədə, II rübdə tədiyyə balansında yaranan profisit rüblük müqayisədə 2,1 dəfə artıb. Qeyd edək ki, yarımillik profisit isə 1 milyard 430 milyon dollara yüksəlib.
Xatırladaq ki, 2014-cü ilin son rübündən etibarən Azərbaycanın tədiyyə balansı kəsirlə tamamlanmağa başlayıb və bu durum 2016-cı ilin ilk rübünə qədər davam edib.
Ötən ilin II rübündə stabilləşmə bərpa olunub və tədiyyə balansı 18 milyon dollar həcminə profisitlə yekunlaşıb. Həmin ilin III rübündə profisit 62 milyon dollar, IV rübdə 651 milyon dollar təşkil edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !