Tədqiqatçı və publisist Teyyub Qurban vəfat edib.
Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.
T. Qurban fevralın 21-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum bu gün saat 14:00-da Bülbülə kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Teyyub Qurban 1934-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. O, Azərbaycan Xalq Cümhuriyyəti və 1937-ci il repressiya dövrünün araşdırıcısı kimi tanınırdı. T. Qurban Mircəfər Bağırovu müdafiə edən çoxsaylı yazıların və kitabların müəllifidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !