“Təhdidlərlə üz-üzəyik” - Allahşükür Paşazadə

18:04 | 25.09.2017
“Təhdidlərlə üz-üzəyik” - Allahşükür Paşazadə

“Təhdidlərlə üz-üzəyik” - Allahşükür Paşazadə

"Biz "Bir millət, iki dövlət” ifadəsinin fəlsəfəsinə uyğun olaraq öz dini və mənəvi dəyərlərimizi bölüşürük”.AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə "Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada meydana çıxan problemlər, faciələr, ifratçılıq və radikalizmə səbəb olur:

"Dünyanın müxtəlif yerlərində dinlər, məhzəblər arasında baş verən problemlər,İslamafobiya, dindən pis məqsədlər üçün istifadə edərək insaları qətlə yetirmək kimi təhdidlərlə üz-üzəyik. Avropada İslamfobiya dərinləşir. Miqrantalara qarşı anti-humanist, irqçi və aqressiv yanaşma tətbiq olunur. İslami birliyimizi parçalamaq niyyətində olan qüvvələr bu gün İraqda, Əfqanıstanda, Suriya, Fələstin, Qüds, Livya, Yəməndə öz məqsədlərinə çatmağa çalışırlar”.

Allahşükür Paşazadə İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM