Tehran 13 ton qızılın ölkəyə qaytarılmasına nail oldu

12:24 | 02.07.2015
Tehran 13 ton qızılın ölkəyə qaytarılmasına nail oldu

Tehran 13 ton qızılın ölkəyə qaytarılmasına nail oldu

Problemlər sanksiyalara görə yaranmışdı

İran hökuməti Cənubi Afrika Respublikasından aldığı və iki il ərzində Qərbin sanksiyalarına görə ölkəyə gətirə bilmədiyi 13 ton qızılın ölkəyə qaytarılmasına nail olub.

"Report" Fars Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seyfi bildirib.
İran Mərkəzi Bankının rəhbəri qeyd edib ki, qızılın Tehrana təhvil verilməsi sanksiyalar bəhanəsi ilə süni şəkildə yaradılmış məntiqsiz bir problem idi. Seyfinin sözlərinə görə, qızılın qaytarılması Vyanadakı danışıqlarda İran nümayəndə heyətinin fəaliyyəti nəticəsində mümkün olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM