Tehran-Bakı-Tehran uçuşları dayandırıldı

16:30 | 02.12.2014
Tehran-Bakı-Tehran uçuşları dayandırıldı

Tehran-Bakı-Tehran uçuşları dayandırıldı

"İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə birbaşa uçuşları müvəqqəti dayandırıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumat "İran Air"-in Bakı ofisindən bildirilib. Məlumata əsasən, uçuşlar fevralın 1-dən bərpa olunacaq. "İran Air"-in Bakı ofisi uçuşların dayandırılmasının səbəbini açıqlamayıb.

Məlumatlı mənbənin Trend-ə bildirdiyinə görə, Tehran-Bakı-Tehran birbaşa uçuşlarının dayandırılması Həcc mövsümü ilə bağlı "İran Air" aviaşirkətinin təyyarələrinin Məkkədə olan zəvvərları daşıması ilə əlaqədardır. Mənbə bildirib ki, uçuşlar fevralın 1-dən əvvəlki qaydada həyata keçiriləcək. Qeyd edək ki, "İran Air" aviaşirkəti hər həftənin ikinci və dördüncü günləri Bakıya uçuşlar həyata keçirirdi.
 
Yaxın vaxtlarda açılması gözlənilən Bakı-Məşhəd aviareysinə gəlincə, bu reys üzrə uçuşlara başlanması ilə bağlı danışıqlar son mərhələdədir: "İşlər tamamlanmaq üzrədir və tezliklə Bakı-Məşhəd reysi üzrə uçuşlar həyata keçiriləcək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM