Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - VİDEO

16:35 | 01.11.2021
Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - VİDEO

Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - VİDEO

Bu gün İkinci Qarabağ Müharibəsi şəhidi, XTQ döyüşçüsü Babək Mahmudlunun anım günüdür.

Anım mərasimində rayon rəsmiləri, şəhidin ailə üzvləri iştirak edib. Qəhrəman şəhidimizin yaşadığı evin qarışında vurulan xatirə lövhəsinin açılışından sonra onun məzarı ziyarət olunub.

Şəhidin anım günündə komandiri, polkovnik Tehran Mənsimov da telefon bağlantısı ilə onun valideynlərinə başsağlığı verib. Peşəkar snayperçinin rəşadətindən, igidliyindən geniş danışan polkovnik sonda "Hər kəs bilsin ki, Babək kişi oğlu kişi idi”- deyə o bildirib.

B. Mahmudlu 1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olub, ailənin yeganə oğul övladı olub. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək müddətdən artıq hərbi qulluqçu kimi vətənə ximətini davam etdirib. Naxçıvandan döyüş meydanına könüllü olaraq yollanan Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanıb. O, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. 

B. Mahmudlu "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb