Güman edək ki, Tehranda baxılası nələrsə var, mən hələ muzeylərdən və dağlıq parkdan danışacam, amma şəhərdəki tikililərin dolaşıq və sistemsiz olmasını mən də təsdiqləyirəm. Həqiqətən, müxtəlif illərdə tikilmiş heç bir bina qonşu binaları tamamlamır. Yaxşı ki, səki boyunca eyni xətt qorunub.
İran paytaxtının mərkəzi hissəsində 18-19-cu əsr yaşayış məntəqəsinin kasıb, yoxsul siması qorunub saxlanılıb.
Binalar iki mərtəbədən hündür deyil və tamamilə gözə çarpmır. Şəhər meşəsiz qonur dağlardan endiyinə görə, səviyyə nə qədər yuxarıdırsa, hava da bir o qədər sərin, evlər isə varlıdır, hamıdan yuxarıda isə İran şahları yaşayırdılar. İndi orada, hasarlanmış böyük yaşıl massivdə üç saray yerləşir və muzeyə çevriliblər. Bu muzeylər haqqında növbəti buraxılışlarda. Daha bir saray kompleksi Qolestana baş çəkə bilmədim. Vaxtım çatmadı. Şəhərin bahalı hissəsində yaşayış evləri 2-4 mərtəbəlidir və hündür kəskin hasarlı divarlarla əhatələnib. Böyük qapıların mühafizə budkası və avtomobillər üçün meydança var.
İlk şəklini çəkdiyim Tehran binası isə erməni kilsəsi oldu. İlk gün “Bolour” mehmanxanasında qaldım – kifayət qədər yaxşı mehmanxanadır, 3 ulduzludur, ilk gəzintiyə çıxdım və müasir, ucuz xristian kilsəsinin günbəzini gördüm. Saqqız çeynəyən keşikçi icazə verdikdən sonra həyətə keçdim və divarda Qarabağdakı "Nənə-baba" abidəsinin rəsmini gördüm! Və yaxınlıqdakı məhəllələrin divarlarında erməni dilində yazılar. Sən demə, mən Tehranın erməni məhəlləsində məskunlaşmışam.
Tehran ermənilərinin nə ilə "nəfəs aldıqları" məlum olur – Azərbaycan ərazilərinin işğalda saxlanılmasına yardım etməklə. Biz isə hələ təəccüblənirik ki, niyə İran hökuməti bizim torpaqlarımızın işğalını belə dəstəkləyir. Yəni, sözdə Azərbaycana dəstəyini ifadə edir, əməldə isə işğalın davamına imkan yaradır. Hərçənd etnik azərbaycanlılar sayına görə İranda ikinci milli qrupdur və elə hakimiyyətdə də onlardır. Lakin, bu, başqa söhbətin mövzusudur.Həmçinin Tehran yunan məbədinin də şəklini şəkdim. Əgər islam dövlətinin paytaxtında xristian məbədlərinin azad və təhlükəsiz işləməsini sürpriz hesab etməsək, onda bu bina da az diqqət çəkir.
Şəhər kifayət qədər təmizdir. Birincisi, iranlılar zibilləmirlər, ikincisi, Tehranda şəhərin təmizlənməsi xidməti yaxşı işləyir, həm də süpürgəçilər orada istisnasız olaraq kişilərdir.Tehranda küçə musiqiçilərinə yoxsullardan daha az rast gəlinir. Metropoliten stansiyalarında ən müxtəlif küçə ticarətçiləri, kafelər və dükanlar var, həm də Tehranda ticarət, mən anladığım qədəriylə, bütövlükdə yerli türk-azərbaycanlıların əllərindədir. Onlarla mən həmçinin sərhəd xidmətində, polislər arasında, mehmanxanalarda, zərgərlərin arasında qarşılaşdım. Bir sözlə, müraciət etdiyim hər yerdə. Bu ilin yazında Təbrizdə olarkən eşitdim ki, Tehranda həkimlər də əsasən türklərdir.
Tehran metrosundan danışacam. Hələ Bakıda olarkən, internetdə eşələnəndə bir rus turistin yazısını oxumuşdum ki, bu şəhərdə metro çox gözəldir və islam inqilabının üstünlüklərini bütün dünyaya göstərmək üçün möhtəşəm tikilmişdir. Demək olar ki, onlar buna müvəffəq oldular.
Qatarlarda hava kondisionerlərin vasitəsilə soyudulur, vaqonlar öz aralarında açıqdır, yəni bir vaqondan başqa bir vaqona asanlıqla keçmək mümkündür. Qatarlarda diş fırçaları, pastalar, telefon, saqqız, konfetlər, corablar satan ticarətçilər və yoxsullar hərəkət edir. Əgər oturacaqlar məşğuldursa, sərnişinlər, xüsusən də gənclər sadəcə vaqonun döşəməsində, bağlı qapının yanında əyləşirlər.
Metroda sonuncu vaqon qadınlar üçündür, amma onlar başqa vaqonlara da keçə bilərlər, çünki digər vaqonlar "yalnız kişilər üçün" deyil. Amma kişilər qadın vaqonuna mən anladığım qədəriylə, keçə bilməzlər.Metroda şəkil çəkmək qadağandır. Bunu mənə yaxınlaşan xidmətçi dedi. Amma smartfonun yaddaşından şəkli silməyi tələb etmədi. Ümumiyyətlə, İranda keşikçilər bizim ölkəmizdə eyni vəzifəni daşıyanlardan daha çox daha nəzakətlidirlər.Qatarlar tunellərdə sakit hərəkət edirlər, hər halda bizim qatarların gurultusu ilə müqayisədə. İndiki və növbəti stansiyanın adları dinamikalarda ingilis dilində təkrarlanır və ümumiyyətlə fars dilindən başqa metropolitendə bütün yazılar ingilis dilində təkrarlanır. Metropolitenin bir çox stansiyaları İraq müharibəsində həlak olmuş şəhidlərin adınadır.Metropolitenin divarlarında həkk olunmuş yumoristik şəkillər isə adamı gülərək tamaşa etməyə vadar edir, bu şəkillərdə xırda ticarətlə məşğul olan ticarətçilərin kobudluğu, natəmizlik lağa qoyulur.Tehranda abidələr çox azdır Mən iki və ya üç abidə gördüm, biri böyük şair Firdovsinin şərəfinə ucaldılıb və yaxınlıqdakı metro stansiyası da Firdovsinin adına əbədiləşdirilib. Abidə tamamilə qranit və mərmərdən deyil. Axı abidələri şöhrətləndirən onun bahalılığı deyil!Kamal ƏliANN.Az