Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası başlayıb

14:14 | 21.01.2025
Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası başlayıb

Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası başlayıb

21 yanvar Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 16-cı iclası start başlayıb.

Bunu İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq məsələlər üzrə idarəsinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 3 ildən sonra yenidən keçirilən iclasın ilk günündə mütəxəssislər və ekspertlər iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, nəqliyyat, turizm, elektrik, enerji və digər iqtisadi sahələri araşdıracaq və fikir mübadiləsi aparacaqlar.

Tərəffo bildirib ki, 22 yanvarda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə ekspertlərin iclasının yekunu olaraq anlaşma memorandumu imzalayacaqlar. Bu iclasın iki ölkənin münasibətlərinin inkişafı üçün çoxlu nəticələr əldə olunacağına ümid edilir.

Nazirlik rəsmisi qeyd edib ki, iclasda İran və Azərbaycan arasında nəqliyyat sahəsində ən önəmli layihələrdən biri olaraq Azərbaycanı İran vasitəsi ilə Naxçıvana quru yol və dəmiryolu ilə birləşdirən "Araz Dəhlizi”nin təkmilləşdirilməsi ilə bağlı tikinti işləri, yeni sərhəd terminalları və körpülərin istifadəyə verilməsi müzakirə olunacaq.

Tərəffo qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində İran və Azərbaycanın müştərək sərhədləri yükdaşıma istiqamətində region ölkələri üçün əhəmiyyət kəsb edir. Ümid olunur ki, bu iclasda iki ölkənin əməkdaşlığı istiqamətində ehtimal olunan maneələr aradan qaldırılacaq və iki ölkənin nəqliyyat sahəsində münasibətlərinin inkişafı üçün lazımi tədbirlər görüləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM