Tehranda yenidən ABŞ səfirliyi açıla bilər

11:49 | 23.01.2014
Tehranda yenidən ABŞ səfirliyi açıla bilər

Tehranda yenidən ABŞ səfirliyi açıla bilər

İran prezidenti Həsən Ruhani ölkəsi ilə ABŞ arasında diplomatik əlaqələrin bərpasını mümkün sayır. APA-nın məlumatına görə, H. Ruhani Davosda İsveçrənin RTS telekanalına müsahibəsində “ABŞ səfirliyi yenidən Tehranda açıla bilərmi?” sualı belə cavablandırıb: “Heç bir düşmənçilik və heç bir dostluq əbədi deyil. Biz düşmənçiliyi dostluğa çevirməliyik”. Tehranla Vaşinqton arasındakı əlaqələrin keçmişdə çox çətin olduğunu deyən H. Ruhani lazımi səylər göstəriləcəyi təqdirdə, problemin aradan qaldırıla biləcəyini söyləyib. “Bu səylər qarşılıqlı etibar mühitinin yaradılması üçün lazımdır”, - deyə o vurğulayıb. Xatırladaq ki, 1980-ci ildən bəri İranla ABŞ arasında diplomatik münasibətlər yoxdur. Hazıda ABŞ-ın İrandakı maraqlarını İsveçrə səfirliyi təmsil edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM