Tehranın polis rəisi Azərbaycan səfirliyinə hücumdan sonra vəzifəsindən uzaqlaşdırılıb

17:10 | 27.01.2023
Tehranın polis rəisi Azərbaycan səfirliyinə hücumdan sonra vəzifəsindən uzaqlaşdırılıb

Tehranın polis rəisi Azərbaycan səfirliyinə hücumdan sonra vəzifəsindən uzaqlaşdırılıb

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi İrandakı Azərbaycan səfirliyinə hücumdan sonra a tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə cümə günü İranın "AlHadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Tehranda polis rəisi vəzifəsinə keçmiş kəşfiyyat rəhbəri təyin edilib.


Cümə günü səhər saatlarında Azərbaycan Xarici İşlər Nazirliyi respublikanın Tehrandakı səfirliyinə silahlı basqın edildiyi barədə məlumat yayıb. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb. Tasneem agentliyinin İran paytaxtının polis rəisinə istinadən verdiyi məlumata görə, İranın hüquq-mühafizə orqanları cinayətkarı saxlayıb.
 
Azərbaycan prezidenti İlham Əliyev tvittet hesabında paylaşım edərəkİrandakı Azərbaycan səfirliyində baş verən hadisəni teror adlandırıb və şəhid olan Orxan Rizvanovun ailəsinə başsağlığı verib. 
 
Bir neçə ölkə səfirlikləri də baş verən hadisə ilə bağlı Azərbaycana başsağlığı verib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM