• $
  • €
  • ₽
  • ₺
  • £

“Təhsil haqqında” qanun hələ də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmır - Deputat

“Təhsil haqqında” qanun hələ də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmır - Deputat
01.02.2024 12:21
"Təhsil haqqında” qanun hələ də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmır. Bunu deputat Əziz Ələkbərli deyib. 

"Qanun layihəsi ilə tanışam. Müzakirələr də olunub. Bu məsələni hər dəfə müzakirə edirik, amma Milli Məclisin plenar iclasına çıxara bilmirik. Sessiyadan sessiyaya ötürürük. Əgər bu qanun müzakirəyə çıxarılma səviyyəsində deyilsə birdəfəlik gündəlikdən çıxarılsın”, - deputat fevralın 1-də Milli Məclisin plenar iclasında bildirib. 

Deputat Fəzail Ağamalı da bu qanunla bağlı onu dinləmələrə çağrılmamasına görə narazılığını ifadə edib. 

"Bu dinləmələrə təhsildə çalışan, bu sahədə olan şəxslər çağrılmayıb. Yaxşı olar ki, dinləmələr keçirilib sonra müzakirəyə təqdim olunsun”, - o söyləyib. 

Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deputatlara cavab olaraq bildirib ki, bu qanun sadəcə işçi qaydasında müzakirə olunub.

"Burada deputatların təklifləri aiddiyatı qurumlara təqdim olunub. Təkliflər üzərində iş gedir. Qanun layihəsi hələlik bizim komitənin də birinci oxunuşuna çıxarılmayıb. Səbəb odur ki, bir sıra məsələlər razılaşdırılmalıdır. Bunlar öz əlllini tapdıqdan sonra biz dinləmələr keçirilməliyik. Dinləmələr keçirtmək üçün heç bir qanun yoxdur”, - deputat əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol