Universitetin ödənişli fakültəsinə daxil olmusunuz? Narahat olmağa dəyməz- təhsil haqqını ödəməkdə sizə ALBALI PLUS kartınız kömək edəcək.
Unibank avqustun 10-dan etibarən təhsil haqqlarının ALBALI PLUS kartları ilə ödəniş kampaniyasına başlayır. Təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər Bunun üçün sadəcə, kart sahibi Unibank-ın Mərkəzi ofis, "Əcəmi”, "Neftçilər”, "Mərdəkan” və "Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.
Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Albalı Plus- arzuları reallaşdıran kart!
Unibank-hər kəsin bankı!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !