Təhsil müəssisələrinə qəbul qaydaları açıqlanacaq

16:34 | 16.12.2013
Təhsil müəssisələrinə qəbul qaydaları açıqlanacaq

Təhsil müəssisələrinə qəbul qaydaları açıqlanacaq

 Gələn tədris ili üçün Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları ənənəvi olaraq yanvar ayında “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, imtahanların məzmununa aid olan yenilikləri qəbulla bağlı proqramda izləmək mümkün olacaq. Ancaq təşkilatı nöqteyi-nəzərdən olan yeniliklərin bir müddət öncə elan edildiyini xatırladan TQDK sədri qeyd edib ki, əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprelin sonu-mayda verəcəklər. M.Abbaszadə vurğulayıb ki, bu ilin məzunları isə qəbul imtahanlarını ənənəvi olaraq iyul ayında verəcəklər: “Bu il buraxılış imtahanlarında fənlərin sayının artırılması nəzərdə tutulmayıb. Ancaq 9 illik təhsillə bağlı uşaqların xeyrinə olan yeniliyi elan etmişik. Bu il buraxılış sinfində təhsil alan IX sinif şagirdləri orta ixtisas təhsili müəssisələrinə qəbul üçün əlavə imtahan verməyəcəklər. IX sinifdə buraxılış imtahanı verən şagirdlər həmin imtahanın nəticələrinə müvafiq olaraq müsabiqə yolu ilə orta ixtisas müəssisələrinə qəbul olacaqlar. Burada biz buraxılış imtahanlarının nəticələrini əsas götürəcəyik”. TQDK sədri valideynlər və abituriyentlərə də müraciət edib. Onun sözlərinə görə, qəbulda olan dəyişikliklərlə bağlı hər bir yeni məlumat komissiyanın internet saytında yerləşdirilib: “Onlar kiminsə şayiələrinə, sözlərinə inanmasınlar. İmtahanlardakı dəyişikliklərlə əlaqədar hansısa sual varsa, konkret imtahan növünü bizim saytımızda tapıb oradan məlumatı əldə edə bilər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM