Təhsil naziri BDU-da keçirilən audit barədə danışıb

13:55 | 10.09.2024
Təhsil naziri BDU-da keçirilən audit barədə danışıb

Təhsil naziri BDU-da keçirilən audit barədə danışıb

Tam rəqəmsal sistemə keçid dövründə bəzi universitetlərin qəbul zamanı tələbələrdən kağız  üzərində yazılan sənəd tələb etməsi doğru deyil. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində də sənədlər tələb ediblər. İstənilən halda bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”,  -  nazir bildirib. 
 
O həmçinin vurğulayıb ki, əksər hallarda bu proses rəqəmsal aparılıb. 
 
Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) keçirdiyi auditin nəticələrinə də münasibət bildirib.

Nazir əlavə edib ki, hər hansı maliyyə pozuntusu olarsa, onların aradan qaldırılması məsələsi qaldırılır.
 
"Texniki xarakterli pozuntular aşkar edilərsə, müvafiq strukturlara xəbərdarlıq ediləcək”, - nazir deyib.
 
Gülnar Nazimqızı

 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM