Təhsil naziri dərs ilinin bitməsiylə bağlı əmr verdi

18:29 | 24.06.2015
Təhsil naziri  dərs ilinin bitməsiylə bağlı əmr verdi

Təhsil naziri dərs ilinin bitməsiylə bağlı əmr verdi

2015-2016-cı tədris ilinin tətil günləri açıqlanıb

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı məlum olub. Təhsil Nazirliyindən verilən xəbərə görə, Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri bu il sentyabrın 15-i başlayıb, gələn il iyunun 14-də başa çatır.
 
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar.
 
İkinci yarımil - 1 fevral - 14 iyun.
 
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM