"De-institutlaşdırma proqramında internat məktəblərinin ləğv olunması prosesi mexaniki deyil, məqsədyönlü formada həyata keçirilir”.
Modern.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, məqsəd mövcud olan internat təhsil müəssisələrində vəziyyəti ildən-ilə təkmilləşdirməkdir. Eyni zamanda, orada təhsil alan uşaqların tədricən bioloji ailələrinə qaytarılması, yaxud yeni tipli münasibət formasına keçirilməsi üçün işlər görülür:
"Bununla da onların ümumtəhsil məktəblərinə qatılması və inklüziv təhsillə əhatə edilməsi prosesləri həyata keçirilir. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir. Ona görə bu prosesin sürəti bu və ya digər faktorlardan da asılıdır”.
Nazir qeyd edib ki, internatların ümumtəhsil müəssisələrinə və peşə təhsil məktəblərinə çevrilməsi ilə internat məktəblərinin sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən həm keyfiyyət, həm də əhatəsinə görə səviyyənin yüksəldilməsi nəzərdə tutulur.
Mikayıl Cabbarov bu sahədə son illərdə müsbət dəyişikliklər baş verdiyini vurğulayıb: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqəti və qayğısı göz qabağındadır. Aidiyyəti dövlət orqanları, o cümlədən Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi tipli təhsil, tərbiyə müəssisələri üçün qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq əsas hədəflərdəndir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !