Təhsil Nazirliyi 2015-ci ildə görülən işlərin statistikasını açıqladı

14:26 | 25.12.2015
Təhsil Nazirliyi 2015-ci ildə görülən işlərin statistikasını açıqladı

Təhsil Nazirliyi 2015-ci ildə görülən işlərin statistikasını açıqladı

Təhsil Nazirliyi 2015-ci ildə görülən işlərin yekun statistikasını açıqlayıb.

Nazirlikdən ANN.Az-a verilən məlumata görə, 2015-ci ildə ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali təhsil, 4 orta ixtisas təhsili, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb.

Həmçinin, 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür