Təhsil Nazirliyi ləğv olunur?

10:11 | 01.03.2018
Təhsil Nazirliyi ləğv olunur?

Təhsil Nazirliyi ləğv olunur?

Azərbaycanda 3 aya yaxındır ki,  təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  Onun yerinə isə hələ də təyinat olmayıb.

"Qafqazinfo” xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı çəkilib. Qarşıdan prezident seçkisi gəldiyini qeyd edən qəzet hesab edir ki, təhsil naziri postuna təyinat, seçkidən sonra yəni aprel ayının sonlarına doğru baş tuta bilər. 

Təhsil üzrə eksperti Kamran Əsədov  isə hesab edir ki, bu halın təhsil sisteminə təsiri var: "Bundan başqa da Təhsil Nazirliyində bir çox şəxslər artıq Vergilər Nazirliyinə getdiyi üçün onların da yeri boşdur.  Yəni təkcə nazir deyil, nazirlikdə bir sıra vəzifələr idarəçilik baxımından yerində deyil.  Bu hal həm dövlətlərarası bir neçə layihələrin həyata keçirilməsini ləngidir, həm də Azərbaycanda hansısa layihəni həyata keçirən xaricilərdə inamsızlıq yaranır”. 

Ekspert təyinatın bu qədər gecikməsinin səbəbini ümumiyyətlə sözügedən nazirliyin ləğv olunacağı ilə də əlaqələndirib: "Düşünürəm ki, seçkilərdən sonra Təhsil Nazirliyi ləğv olunacaq və Elm-təhsil və İnnovasiya adlı qurum yaradılacaq. Bir neçə qurum da bunun tabeliyində birləşəcək. Məncə, təyinatın gecikməsinə də səbəb elə budur. İnsanların təhsilə olan inamı yox idi. Düşünürəm ki, boşluğun aradan qaldırılması üçün zaman lazım olacaq. Çünki yeni gələn şəxs təhsili öyrənəcək, təyinatlar həyata keçirəcək ki, bu da zaman alacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti