Təhsil Nazirliyi "Məsti Xumar" mahnısına rəqs edən qadın müəllimi axtarır

13:05 | 29.02.2020
Təhsil Nazirliyi

Təhsil Nazirliyi "Məsti Xumar" mahnısına rəqs edən qadın müəllimi axtarır

Azərbaycanın orta məktəblərinin birində müəllimin sinifdə "Məsti Xumar" mahnısına rəqs etməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılacaq.
 
Anews.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hələ ki, sosial şəbəkələrdə yayılan görüntülərin hansı rayonda və təhsil müəssisəsində çəkildiyi məlum deyil.
 
O bildirib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
 
Qeyd edək ki, sosial şəbəkədə qadın müəllimin sinifdə Məsti Xumar" mahnısına rəqs etdiyi görüntüləri yayılıb.Publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM