Təhsil Nazirliyi rektorlara tapşırıq verib

22:30 | 14.08.2019
Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib.

APA xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Məlumatda deyilir:

"Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”.

www.anews.az
loading...