Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb.
Nazirlikdən "Report"a verilən xəbərə görə, məqsəd xüsusi və inklüziv təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsidir.
Əmrə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunacaq, de-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək Xüsusi təhsil şöbəsi adlandırılacaq.
Həmçinin, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilmələcək. Eyni zamanda, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.
Bundan başqa, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyevaya tapşırılıb ki, 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.
Əmrin icrasına nəzarət Aparat rəhbəri MEynullayev həvalə olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !