Təhsil Nazirliyində yeni bölmə yaradılacaq

12:35 | 30.01.2014
Təhsil Nazirliyində yeni bölmə yaradılacaq

Təhsil Nazirliyində yeni bölmə yaradılacaq

"Azərbaycanda diplomların verilməsi ilə bağlı Təhsil Nazirliyində xüsusi bölmə yaradılacaq”. ANS PRESS-in məlumatına görə, bunu təhsil nazirinin Elm Ali və Orta İxtisas Təhsili şöbəsinin müdir müavini Yaqub Priyevali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib. “Yeni yaradılacaq xüsusi sektora 2-3 nəfər təyin olunacaq və onlar diplomların verilməsində ləngimə prossesinin qarşısını alacaqlar”. Y.Priyev qeyd edib ki, diplomların verilməsi və cildlənməsi üçün heç bir ödəniş tələb edilmir. Qurum rəsmisi bildirib ki, 25 dekabrdan bu günə kimi nazirliyin “Qaynar xətt”inə 2789 zəng daxil olub. Bunların arasında müxtəlif ixtisaslarda qeyri-müəyyənliklər, diplomların gecikdirilməsi və digər məsələlər də var. "Ümumilikdə isə payız semestr imtahan sessiyasında 134519 nəfər tələbə iştirak edir. Təhsil Nazirliyinin tabeçiliyində olan ali təhsil müəssisələrindən 94825 tələbə, nazirlik tabeçiliyində olmayan ali təhsil müəssisələrindən 20567 tələbə, özəl universitetlərdən 19127 tələbə bura daxildir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM