Təhsil Nazirliyində yeni idarə yaradıldı

17:37 | 03.02.2014
Təhsil Nazirliyində yeni idarə yaradıldı

Təhsil Nazirliyində yeni idarə yaradıldı

Nazirlər Kabineti Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması barədə qərar verib və 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti İdarəsinin bazasında Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb. Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının “Təsərrüfat hesablı təşkilatlar” bölməsində “Əsaslı Tikinti İdarəsi” sözləri “Əsaslı Tikinti və Təchizat İdarəsi” sözləri ilə əvəz edilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM