Təhsil sənədləri "myGov" portalına inteqrasiya olunur

my.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə bilərlər.
my.gov.az portalında vətəndaşların bütün şəxsi məlumatları əks olunur.
Yaxın günlərdə vətəndaş müraciətləri üçün "Təhsil məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə "Müraciət et” hissəsi aktivləşdiriləcək.
www.anews.az