“Tək küçəyə çıxa bilmirəm” - Tanınmış aktisanı 6 il təqib edib

23:28 | 28.01.2022
“Tək küçəyə çıxa bilmirəm” - Tanınmış aktisanı 6 il təqib edib

“Tək küçəyə çıxa bilmirəm” - Tanınmış aktisanı 6 il təqib edib

Türkiyənin məşhur aktrisası Ezgi Mola bir diş pastası reklamında kamera qarşısında keçdiyi kişinin altı ildir onu təqib və təhdid etməsi iddiası ilə prokurorluğa şikayət edib.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Molanın iddiasına görə, 2016-cı ildə teatrda onu izləməyə gələn Kamal Kahraman özünü təqdim edib və aktrisaya çiçək verib.

K.Kahraman o gündən sonra Ezgi Molanın bütün tamaşalarına gəlməyə başlayıb.
Bir gün yenidən aktrisa ilə rastlaşan Kahraman, "Bir şey danışmaq istəyirəm", - deyib. Ezgi Mola, "Mən səni tanımıram. Məndən nə istəyirsən? Niyə həmişə məni izləyirsən?", - deyə qışqırıb.
Kahraman isə E.Mola maşına minəndə ona doğru addımlayaraq, "Səni məhv edəcəyəm, öldürəcəyəm. Gününü görəcəksən”, - deyərək avtomobili təpikləyib.

Prokurorluq, "Tək çölə çıxa bilmirəm" deyən E.Molanın sikayətindən sonra K.Kahramanla bağlı iki ay müddətinə uzaqlaşdırılma qərarı verib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti