Tələbə Kredit Fondu neçə tələbəyə kredit verib? - Rəsmi

17:09 | 13.05.2024
Tələbə Kredit Fondu neçə tələbəyə kredit verib? - Rəsmi

Tələbə Kredit Fondu neçə tələbəyə kredit verib? - Rəsmi

Bu günə qədər 34 min 783 tələbəyə Təhsil Tələbə Krediti Fondu tərəfindən kredit verilib. Bu barədə Fondan bildirilib. 
 
Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir.

Məlumata görə, ümumilikdə indiyəqədər 45 min 134 tələbə kredit almaq üçün Fonda müraciət edib. 
 
 
 
Təhsil Tələbə Krediti Fondu Prezident İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
 
Fond 25 noyabr 2021-ci il tarixindən etibarən təhsil kreditlərinin verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlayıb.
 
Təhsil-Tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfində birbaşa ali təhsil müəssəsinə ödənilir.
 
Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.

Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM