"Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.
Anews.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən ilk iclasında adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib.
Komitə sədri belə bir sənədin cəmiyyətin sosial sifarişi kimi ortaya çıxdığını bildirib:
"Biz yaxın perspektivdə tələbə kreditlərləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı və onu müzakirələrə çıxarmağı nəzərdə tuturuq. Bu, cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, parlamentdə zaman-zaman bu yöndə təkliflər səslənib və bu baxımdan, biz digər komitələrlə birgə adıçəkilən sənədin hazırlanmasını nəzərdə tuturuq. Yəni, yaxın perspektivdə belə bir qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olunacaq”.
Qeyd edək ki, bu yöndə qanun layihəsinin qəbul edilməsi təklifini ilk dəfə millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli səsləndiriblər. Onlar hətta birlikdə "Təhsil kreditləri haqqında” qanun layihəsinin ilkin variantını da hazırlayıblar. Orada da imkansız ailələrdən olan tələbələrin güzəştli şərtlərlə təhsil kreditlərindən yararlana bilməsi öz əksini tapıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !