"Haber7”nin xəbərinə görə, "Türk dili və Ədəbiyyat” fakültəsinin 3-cü kurs tələbəsi Sibel Ünli itkin düşüb.
Valideynləri onun itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.
İki gündən sonra tələbənin cəsədi Samatya sahilində tapılıb. Dəniz sahilində qız çantası görən sakinlər bu barədə polisə məlumat veriblər. Cəsədin 20 yaşlı Sibel Ünliyə aid olduğu müəyyənləşib.
Cəsəd ekspertiza üçün morqa göndərilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !