Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - "Suşi"

17:57 | 21.11.2019
Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu -

Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - "Suşi"

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.
Anews.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi" sifariş veriblər: "Tələbələr "Suşi"ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb.
 
1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb