Tələbəni bu hərəkətinə görə ölümlə hədələdilər

13:05 | 10.10.2019
Tələbəni bu hərəkətinə görə ölümlə hədələdilər

Tələbəni bu hərəkətinə görə ölümlə hədələdilər

Norveçdə 18 yaşlı tələbə qızın sahibəsi olduğu atı yeməsi ictimai qınağa səbəb olub.
 
REN.tv-nin məlumatına görə, qız həyatında ən ləzzətli ətin dadına baxdığını bildirib.
 
Tələbə jurnalistlərə müsahibəsində bildirib ki, insanlar onu hərəkətinə görə hədələyib, ölümə layiq olduğunu deyiblər.
 
"DailyMaily” qəzeti yazıb ki, ictimaiyyət qızın bundan sonra heyvan saxlamasına etiraz edib.
 
Maraqlıdır ki, at xəstələndiyi üçün ölüb. Qız isə onu basdırmaq istəməyib, ətindən istifadə etməyi qərara alıb.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti