Tələbə şənliyi 100 nəfərin həbsiylə yekunlaşdı - İğtişaş

14:34 | 07.04.2014
Tələbə şənliyi 100 nəfərin həbsiylə yekunlaşdı - İğtişaş

Tələbə şənliyi 100 nəfərin həbsiylə yekunlaşdı - İğtişaş

ABŞ-ın Kaliforniya ştatında kütləvi tələbə şənliyi iğtişaşlarla və polislə toqquşmayla yekunlaşıb. Yüzə yaxın insan həbs edilib, 44 nəfər isə xəsarət alıb. 
ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər il keçirilən və 15 min insanın iştirak etdiyi "Delpotiya" adlı tələbə şənliyi zamanı vəziyyət nəzarətdən çıxıb. Əyləncə zamanı tələbələrdən biri içində spirtli içki şüşələri olan çantasını polisə vurub. Bundan sonra, şənliyin iştirakçıları hüquq mühafizə orqanlarının işçilərinə daş və müxtəlif əşyalar atmağa başlayıblar, bir neçə polis maşınına ziyan vurulub. 
Nəticədə polislər gözyaşardıcı qazdan və kütləni dağıtmaq üçün yanğınsöndürən maşınlardan istifadə etməli olub. 
Zərərçəkənlər və yaralanmış 5 polis əməkdaşı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM