Azərbaycan
universitetlərində yerli tələbələrlə yanaşı, həmçinin xarici tələbələr də təhsil
alırlar. Xarici ölkədən gəlib Azərbaycanda təhsil almağın təbii ki, bir çox çətinlikləri
var. Xarici tələbələrin Azərbaycanda yaşamı və təhsili haqqında onlarla söhbət
etdik.
Vang
Ying Azərbaycan Texniki Universitetində təhsil alır. O, Çin vətəndaşıdır. "Bura
gələrkən heç bir təqaüd proqramına qoşulmamışam. Açığı Azərbaycan təhsili məni
qane etmir. Burda bəzən ailəmdən uzaqda sıxılıram”.
Qabss
Alrudaini Azərbaycan Tibb Universitetində təhsil almaq üçün İraqdan gəlib.
Qabss Azərbaycanı özünü müsəlman kimi daha güvənli hiss etdiyi üçün seçib. "Azərbaycanda
aldığım təhsil məni qane edir. Lakin təhsil sistemi çox ağırdır . Ailəmdən uzaqda
olmaq ilk vaxtlar mənim üçün çox çətin idi. Lakin burada insanlar çox mehriban və dostcanlıdır. Buna
görə özümü tək hiss etmirəm”.
Emel
Demir Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Lakin hüquq fakültəsinin
dekanı ilə problemləri olduğu üçün universiteti yarımçıq qoymaq məcburiyyətində
qalıb. " Türkiyədən Azərbaycana oxumaq üçün gəlmişdim. Qardaş ölkə olduğumuz
üçün Azərbaycanı seçmişdim”.
Bir
il Bakı Dövlət universitetində hazırlıq kursunda oxuyan Emel yüksək göstəricilər
ilə əsas kursa keçid alıb. "Hüquq fakültəsində oxumağa başlayacaqdım. Amma
dekan ilə yola getmədik. Tək mən yox qrup yoldaşlarımın da dekanla problemləri
olub. Bu problemə görə, Türkiyəyə qayıtdım.
Dekanla problemlərimi həll etmək üçün qrup yoldaşlarım Türkiyə səfirliyinə
müraciət ediblər. Türkiyə səfirliyi dekanla aramızdakı problemləri həll etdi.
Dostlarım və müəllimlər məni yenidən Azərbaycana çağırdılar. Lakin bu dəfə də
anamın səhətinə görə, geri qayıda bilmədim”,
- deyə Emel Demir əlavə etdi.
Təhsil
eksperti Elçin Əfəndi Azərbaycanda təxminən 5000 yaxın xarici tələbənin
olduğunu deyir. "Azərbaycanda olan özəl şirkətlər xarici tələbələri cəlb etməkdə
maraqlıdırlar. Bakı Avrasiya Universiteti kimi özəl universitetlər xarici tələbələrə
Azərbaycanda təhsil almaq imkanı yaradır”.
Elçin
Əfəndi tələbələrin Azərbaycan universitetlərini seçməsinin bir sıra səbələrlə
bağlı olduğunu bildirib. "Təhsil haqqının aşağı olması daha çox tələbənin Azərbaycanı
seçməsinə səbəb olur. Həmçinin ölkədə yaşam şəraiti də xarici tələbələrin burda
yaşaması üçün əlverişlidir. Xarici tələbələr
daha çox şərq ölkələrindən gəlir və özəl universitetlərə üstünlük verirlər. Pakistan, Afrika ölkələrinin vətəndaşları daha
çoxdur. Avropa ölkələrinin vətəndaşları da Azərbaycanda təhsil alırlar. Lakin
onlar azlıq təşkil edir. Xarici tələbələr dövlət universitetlərindən - Bakı Dövlət Universitetinə, Azərbaycan Dillər
Universitetinə, Azərbaycan Tibb Universitetinə üstünlük verir”.
Bir
sözlə həmsöhbətlərimizlə söhbətdən bəlli olur ki, xarici tələbələr daha çox öz ölkələrində universitet qazana bilmədikdə və
ölkəsinin yaşam şəraiti aşağı olduqda Azərbaycana gəlirlər. Xarici tələbələrin
bəzilərini Azərbaycan təhsili qane etsə də, bəziləri aldıqları təhsildən
narazıdırlar. Amma buna baxmayaraq əcnəbi tələbələr Azərbaycanda özlərini güvənli hiss edirlər.
Əliyə İlyasova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !