Erməni tələbələr tərəfindən Facebook sosial şəbəkəsində "Ölkəmizin sahibi bizik” təşəbbüsü ilə "dərs və iş tətili” adlı event yaradılıb.
Erməni KİV-n yazdığına görə, eventdə, digər sahələrdə olduğu kimi, sentyabrın 1-dən etibarən orta məktəblərdə və ali təhsil müəssisələrində tətillərə başlamaq təklif olunur.
Bildirilir ki, Ermənistanda tələbələrin genişmiqyaslı aksiyası sentyabrın 1-dən mütəşəkkil hal alacaq. Etirazçı tələbələr meydanda aksiyanı sistemləşdirmək üçün hər fakültədən bir qrup təşkil edəcəklər.
Təşəbbüs qrupu etirazçıları axşam saatlarında "Azadlıq” meydanına toplaşmağa, hakim rejimin cinayətlərinə qarşı çıxış etməyə çağırıb.
Xatırladaq ki, "Sasna Tser hərəkatı”nın əsas hissəsini gənclər, tələbələr, məktəblilər və iş adamları təşkil edir. Hazırda sosial-iqtisadi baxımdan gərgin vəziyyətdə olan Ermənistanın hakim rejiminə məktəbli və tələbələrin qarşı çıxması hərəkatın getdikcə güclənəcəyini göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !