Meksikada 43 tələbənin itgin düşməsi ilə bağlı etiraz aksiyası keçirilib. Etirazçılar Querrero əyalət məclisini yandırıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, təxminən 500 maskalı tələbə boş olan məclis binasına girərək kitabxana və millət vəkillərinin toplantı otağını odlayıb. Hadisədən bir neçə saat qabaq isə əyalət mərkəzində olan təhsil şöbəsinin ofisi yandırılıb.Qeyd edək ki, meksikalı 43 tələbə polislə toqquşmalardan sonra İquala şəhərində 6 həftə öncə yoxa çıxmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !