Bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, kredit kommersiya xidməti daşımır:
"Bu, dövlətin vətəndaşlarının təhsil alması baxımından vacibdir. Kreditlər tələbələrə deyil, ali təhsil müəssisələrinə veriləcək. Tələbələr kreditləri 20 il ərzində hissə-hissə ödəyəcək. Həmin müddət ərzində bu və ya digər səbəbdən hərbi xidmətdə olanda, işləməyəndə maliyyə vəsaiti geri qaytarmaq imkanı olmayanda onlara möhlət hüququ da veriləcək”.
Nazir qeyd edib ki, kredit verilən zaman dövlət və özəl universitetlərdə təhsil alan tələbələr arasında fərq olmayacaq:
"Bakalavr, magistr, doktorantura və peşə təhsili alan hər kəs fonda müraciət edə bilər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !