Tələbələr yay semestrində nə qədər kredit götürə bilər?

10:49 | 01.03.2014
Tələbələr yay semestrində nə qədər kredit götürə bilər?

Tələbələr yay semestrində nə qədər kredit götürə bilər?

Tələbə fənn üzrə imtahan balı da daxil olmaqla 51-dən çox bal topladığı halda müvəffəq qiymət almış hesab olunurTəhsil Nazirliyi ali təhsil müəssisəsində təhsil alan və akademik borcu olan tələbənin yay semestrində götürə biləcəyi fənlərin kreditinin sayını açıqlayıb.Təhsil Nazirliyi rəsmi "Facebook" səhifəsində istifadəçilərin suallarını cavablandırıb."Ali təhsil müəssisəsində təhsil alan və akademik borcu olan tələbənin yay semestrində götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Təhsil Nazirliyinin 11.09.2008 tarixli 1060 nömrəli əmri ilə təsdiq olunmuş "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə"yə müvafiq olaraq tələbə fənn üzrə imtahan zamanı 17-dən daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla ümumilikdə 51-dən çox bal topladığı halda müvəffəq qiymət almış hesab olunur.“Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə” Azərbaycan Respublikasınin bütün ali təhsil müəssisələri üçün icrası tələb olunan normativ-hüquqi sənəddir. Ali təhsil müəssisələrinin həmin sənədi işdə rəhbər tutması vacibdir". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb