ANN.Az Lent.az-a istinadən xəbər verir ki, Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, kampus (tələbə şəhərciyi) gələn tədris ilində istifadəyə veriləcək. Kampus Bibiheybət ərazisindədir və hazırda Xətai rayonunda yerləşən ali məktəb həmin şəhərciyə köçürüləcək. Yeni şəhərcik tədris prosesini elmi-tədqiqat işləri ilə vəhdətdə həyata keçirməklə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün platforma olacaq.
Bakı Ali Neft Məktəbi, Azərbaycan prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında ARDNŞ-nin tərkibində yaradılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !