Tələbələrə şad xəbər - Video

18:46 | 26.01.2015
Tələbələrə şad xəbər - Video

Tələbələrə şad xəbər - Video

Bütün Ali Təhsil məktəbləri üçün yeni tələbə yataqxanaları tikiləcək.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Ali məktəblərin yerləşdiyi mövcud ərazilər yeni tələbə yataqxanalarının inşa edilməsinə imkan vermir. Amma tələbə yataqxanalarına hazırda böyük ehtiyac olduğundan Təhsil Strategiyasının yeni təsdiqlənən Fəaliyyət Planında bu məsələ əksini tapıb.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Təhsil Strategiyasına uyğun olaraq Ali Təhsil Müəssisələrinin şəhərini kənar hissələrinə köçürüləcəyini və yeni infrastrukturda tələbə şəhərciyi salinacağını deyir.

Onun sözlərinə görə, onların içərisində tələbə kampusları da olacaq. Bu işləri isə mərhələli şəkildə həyata keçirilcək.

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür