Tələbələrin kirayə ev və yataqxana problemi - VİDEO

18:06 | 05.09.2022
Tələbələrin kirayə ev və yataqxana problemi - VİDEO

Tələbələrin kirayə ev və yataqxana problemi - VİDEO

Hazırda Azərbaycanın 51 təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Günay İbrahimova da bu tələbələrdən biridir. İbrahimova təhsil almaq üçün Cəlilabaddan Bakıya  4 il əvvəl gəlib. Lakin  hələ də kirayə ev tapmaq problemi ilə üzbəüz qalıb.

Cari tədris ilində 51 600 şəxs bakalavr, 11 min nəfər magistr adını qazanıb., 30 min şəxs isə kollecə qəbul olaraq tələbə olub. Bu tələbələrin  azı 50 faizi isə yaşayış yerini təhsil üçün tərk edir. Yeni dərs ilinə az vaxtın qalması isə mənzil bazarında canlanmaya səbəb olub. Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, qiymətlər artım ötən illər ilə müqayisədə çoxdur.

Hazırda Azərbaycanda 11 ali təhsil müəssisənin yataqxanası var. Bu da ümumi tələbələrin yalnız 0,7 faizini əhatə edə bilir. Beynəlxalq  təcrübələr isə göstərir ki, ali təhsil müəssisələri öz tələbə kontingentinin ən azı 40 faizini  yataqxana ilə təmin etmək infrasturukturuna malik olmalıdır.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, tələbələrin çox az qismi yalnız kiçik qismi yataqxanalardan yararlana bilir.

Azərbaycanda Bakı Dövlət Universitetinin yataqxanası 220, Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanası 180, Xəzər Universitetində tələbələr üçün qonaq evi 90 nəfərlikdir. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin yataqxanasının  252 tələbə qəbul etmək imkanı var.UNEC-in 5 yataqxanası var. Lakin bu yataqxanaların əksəriyyətində məcburi köçkünlər yaşayır.

Kamran Əsədov universitetlərin yaxınlığında olan hündürmərtəbəli binaların tələbələr üçün istifadəyə verilməsini tövsiyə edir.

Elm və Təhsil naziri Emin Əmrullayev cari ilin mayın 4-də jurnalistlərə açıqlamasında deyib ki, yataqxanaların yerinin və sayının artırılması istiqamətində iş aparılır. Lakin bu işlər barədə bu günə kimi ictimaiyyətə məlumat verilməyib.
 
İSTİQAMƏT:5.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 

 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti