Kamal ƏliBundan əvvəlki köşə yazılarımın birində oxuculara məsləhət görmüşdüm ki, əxlaqımızın itirilməməsi üçün Azərbaycan telekanallarına baxmasınlar və uşaqları da baxmağa qoymasınlar.Bu yazının nəşrinin ertəsi günü Azərbaycanın məşhur televiziya aparıcılarından biri sosial şəbəkədən mənə müraciət edərək mesaj yolladı: "Salam". Maraqlı bir dialoqun ola biləcəyinə ümid edib cavab yazdım, amma nədənsə söhbətin davamı alınmadı.Anlayıram - əvvəlcə o, məqalə haqqında fikirlərini bölüşmək istəyirdi, amma sonra düşünüb-daşındı və risk etməməyə qərar verdi. Belə qaydalar kanallarda da var: hakimiyyətin arzuolunmaz hesab etdiyi jurnalistlərlə ünsiyyət saxlamaq və onları verilişlərə dəvət etmək olmaz. Belə deməyə əlimdə xeyli əsas var. Məsələn, mənim bir həmkarım, müxalif siyasətçinin məqaləsini “Like” etdiyinə görə işdə ciddi şəkildə danlandı. Yaxşı ki, hələ bir əlinə "canavar bileti" verib qovmadılar!O vaxtdan bir aya qədər vaxt keçdi və buyurun: rəsmi orqan işə girişdi və bu gün “ANS” telekanalında cinin çıxarılması haqda süjetin nümayişiylə əlaqədar telekanala ciddi xəbərdarlıq edildi. Bu veriliş Milli Televiziya və Radio Şurası üçün son damla oldu. Əslində ürəyimdən bunu demək keçir: əcəb oldu! Televiziya xalqı daş dövrünə qaytarmalı deyil. Yox, deyəsən, hökumət hərdən müdrik qərarlar da qəbul edir axı...Məqalənin yazılmasının ikinci səbəbi yerli kanallardan birində yayımlanmış televiziya “talk-show”sunun ilk dəqiqələridir: ekranda aparıcı və onun tərəfindən dəvət edilmiş qadın. Eyni qırmızı-qalın dodaqlar, eyni alınmış qaşlar, cərrah tərəfindən eyni basılmış burun. Danışıq və düşüncə də eyni:
- Bizim efirimizdə özünüzü necə hiss edirsiniz?- Mən ki efirdə tez-tez oluram…- Mənsə sonuncu dəfə efirdə olarkən…Əgər onların kəllə qutularını açsaq, əminəm ki, qırış-qırış olan beynin əvəzinə oradan hamar, kağız kimi düppələmdüz bir orqan bizə boylanacaq.Mövzusu teatr olan başqa bir telekanalın verilişində üç nəfər iştirak edir: aparıcı və respublikanın xalq aktrisaları. Qadının üzü ət və dəridən deyil, tam bir silikondur ki, durub. Bu süni maddə isə ona nəfəs almağa və teatr, mədəniyyət haqqında danışmağa belə imkan vermir. Onların qarşısında – rejissor və donmuş üz ifadəsi olan türkiyəli qonaq dayanıb.Yox, hər halda televiziyalarımızda debilizmin olmasına dair ağır tənqidlər öz nəticəsini verdi – bu il bütün telekanallar özlərinin idrak müsabiqələrini yaratdılar, bu verilişlərdə aparıcı suallar verir, iştirakçılar isə həmin sualları cavablandırırlar. Amma ən məşhur cavabın "pas" olması adamı hövsələdən çıxarır. Bu o deməkdir ki, cavab, ümumiyyətlə, yoxdur və iştirakçı öz savadsızlığını etiraf edir. Hərçənd, suallar çox primitivdir. Əgər Azərbaycan tarixi və ya mədəniyyəti haqqında sual verilibsə, onda sualı məktəb kursunu xatırlayaraq cavablandırmaq mümkündür, amma bu zaman vətəndaşlarımızın biliyi Azərbaycan sərhədlərini aşmır. Ən pisi odur ki, bu zaman düzgün cavabı verən aparıcı düzgün məlumat vermir. Ya oxuduğu sətiri səhv salıb, ya da redaktor axmağın biridir.Telekanalların rəhbərliyi tənqidi düzgün qəbul edirlər və savadlı, təcrübəli jurnalistləri işə cəlb edirlər. “Space”ə iqtisadiyyat üzrə ixtisaslaşmış ən yaxşı televiziya jurnalisti dəvət edilmişdir – Əli Əhmədov. Amma onun ev idarəetməsinin yeni formaları haqqında telesüjet çəkmiş gənc müxbiri bu haqda heç nə anlamadı, hərçənd veriliş iştirakçıları ona izah edirdilər və hətta öz cavablarına verilən sualları da deyirdilər. Amma yerli televiziyanın qurbanı olaraq o, günahkar deyil.Kanallar işıqlandırılan mövzuların obyektiv olması üçün bu verilişlərə "ekspertləri" cəlb edirlər. Amma hər kanalda efir üçün təhlükəli olan şəxslərin "qara siyahıları" tətbiq edildiyindən, orada proqnozlaşdırıla bilən şəxslərlə verilişin aparılmasına üstünlük verirlər.Eybi yox, sürprizlərin ortaya çıxmasındansa, verilişin pis olması daha yaxşıdır. Nəticəni mən bazar günü müşahidə etdim, televiziya studiyasında İnternetin zərərindən bəhs edilirdi. Aparıcı qaşqabağını sallayıb, kədərli halda susmuş ya qonağın, ya rejissorun, ya da bəstəkarın fikrini eşitmək istəyirdi (onlarda istənilən mövzuda – bəli, heç olmasa maqnit rezonans tomoqraf aparatı haqqında da bəstəkarlar və ya rejissorlar fikir bildirirlər), mikrofonu ona verdi. O, tələsmədən, söylədi:
- Telefon – şeytan əməlidir.Elə həmin kanalda onun həmkarı – televiziya studiyaları üzrə yorulmadan işləyən yaşlı müğənnidir. Onun gülməli görkəmli var, təhlükəli hesab edilmir, ona görə də televiziyalar üçün sevimli birisi sayılır. O, nə danışır, nə üçün onu çəkirlər? Bu, kanallara maraqlı deyil.Hətta mənim kəndim İlisuda kəndlilər telefonu şeytan əməli hesab etmirlər və ədalətlə güman edirlər ki, insanların yaratdığı bütün müasir texnika insanların həyatının yaxşılaşması üçündür və əgər kimsə şeytani əməllər üçün texnikadan istifadə edirsə – günahı başqa yerdə axtarmaq lazımdır. Amma bu verilişə baxanlar üçün telefon indidən sonra şeytan əməli olacaq, nə yazıq ki... Əgər xalq Rabitə Nazirliyini dağıtmağa qalxsa, bunun günahını kimdə axtarmaq lazım olmasını bilirsiniz də...Elə təəssürat var ki, telekanallar öz həyatıyla, xalq da öz həyatıyla yaşayır. Ümumiyyətlə, elədir, bir halda ki maraqlar və mövcudluq məbələri müxtəlifdir. Əgər AzTV ümummilli liderin dediyi “ağacları kəsəndə, elə bil mənim qollarımı kəsirlər” cümləsinin işləndiyi sənədli filmi dəfələrlə verirsə, kanalın marağı aydındır. Həmçinin o da aydındır ki, telekanallar Bakıda tikinti ehtiyaclarının ödənilməsi üçün ağacların kütləvi doğranılması barədə süjetlər hazırlamağa da meylli deyillər.Tamaşaçılar belə dualizmə təəccüblənmirlər, çünki televiziyaya həqiqət və ədalət axtarışında baxmırlar, sadəcə vaxtlarını öldürməyə çalışırlar. Ona görə də “Xəzər” TV aparıcısı hava haqqında danışarkən təəccüblənmirlər: filan rayonda hava temperaturu filan qədər "təşkil edəcək". Və bütün Azərbaycan rayonlarında vəziyyət belədir. Məgər Azrbaycan dili bu qədər kəsaddır ki, sadə “olacaq” sözü əvəzinə onu mürəkkəbləşdirib "təşkil edəcək" deyirlər? Təəssüf ki, tamaşaçılar bu “hava xəbərçi”sinin meymunsayağı nitqinə hirslənmirlər.Amma mən, aparıcının mövzunu dəyişmək haqqında söylədiyi "keçid alaq" sözlərini eşidən kimi, dərhal düyməni basıb başqa kanala keçirəm. Əlbəttə ki, başımı itirməmək üçün. Televiziya studiyasına doldurulmuş günahsız uşaqların gözlərindən axan yaşlara baxıb, heyvani həzz almamaq üçün. Və ya milli ordunun səngərlərinə gedən baş redaktorların kök bədənə hərbi forma geyinməsini görərkən, əyilməmək üçün. Niyə onlar hərbi formanı geyib, onu təhqir edirlər? Yəni, övladlarını hərbi xidmətdən uğurla yayındırmış bu adamlar müharibə başlayan kimi silahamı sarılacaqlar? Yoxsa, vətəni qorumaq üçün həftələrlə səngərdə qalacaqlar? Hərbi formadan teleanturaj kimi istifadə edilməsi məni çox əsəbiləşdirir, həqiqətən.Kabel televiziyası xidmətlərinin satışı ölkədə gəlirli biznes hesab edilir. Təcrübəli televiziya işçisinin sözlərinə görə, türk kanallarında serial gedərkən, Azərbaycan kanallarını seyr edənlərin sayı katastrofik şəkildə düşür. Türk kanallarını sevənlərin bizim kanalları sevənlərə nisbəti – 10-nun 4-dədir. Və bu aydındır, çünki doğma telekanallar bizim cəmiyyətimizi nə qədər debilləşdirsələr də, xalq televiziya işçilərinin səviyyəsinə düşmür. Axtarır və xarici alternativ tapır.Yuxarıda səsləndirdiyim fikirlərim əlbəttə, subyektivdir, amma nüfuzlu şəxslərin mövqeyiylə üst-üstə düşür. Bakı Musiqi Akademiyasının dosenti Ariz Abdullayev telekanalların keyfiyyəti haqqında müsahibədə deyib: "Son üç ayda İctimai, “ANS”, Azad Azərbaycan, “Spase”, “Lider” və “Xəzər” televiziyalarına ekspert kimi dəvət olunmuş şəxslərə baxdıqda utanc hissi keçirirsən. Alimlər, tələbələr və müəllimlər arasında bu verilişlərin necə tənqid olunması mənə məlumdur. Niyə bu telekanallar tamaşaçılara bu qədər hörmətsizlik edirlər?".«Kütləvi informasiya vasitələrləri – bu, cəmiyyətin tərbiyə alətidir. Əsas xəbərlərlə paralel tərbiyəvi materiallar da nümayiş olunmalıdır. Əxlaq və insana hörmətə böyük əhəmiyyət vermək lazımdır, uşaqlar kimi, böyüklər də tərbiyə edilməlidir. İnsanlar sonsuz xarici seriallardan yorulublar. Axı bu, vaxtın mənasız yerə xərclənməsi deməkdir, bu filmlər heç nə öyrətmirlər, maarifləndirmirlər, tərbiyə etmirlər...", - Azərbaycanın Milli Elmlər akademiyasının insan hüquqları üzrə direktoru Aytən Mustafayeva da belə şikayətlənir
(mənbə: 1news.az).
P.S. MTRŞ daha bir ümummilli telekanalın yaradılması haqqında qərarı elan etdi. Artıq bununla 12-ci kanal meydana çıxacaq. Hələ regionlarda yerli kanallar da var. Sual yaranır: necə əmin olmaq olar ki, bu kanal da teleidiotları tirajlamayacaq?!ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !