ANN.Az Trend-ə istinadən xəbər verir ki, yeni xidməti ABŞ-ın "String" şirkəti hazırlayıb.
Pulsuz olan bu xidmət sayəsində səhvən göndərilən mesaj, foto və ya videoları qarşı tərəf görmədən silmək mümkün olacaq.
Xidmət mesajın görülüb-görülmədiyini və ya oxunub-oxunmadığını da müəyyən edir. "iPhone" istifadəçiləri üçün nəzərdə tutulmuş xidmət yanvar ayı ərzində istifadəyə veriləcək.
Şirkətin hazırladığı başqa bir xidmət isə göndərilən mesajların qarşı tərəfin telefonundan silinməsini təmin edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !