Digər nömrələri 100 min dollara aldılar.
Birləşmiş Ərəb Əmirliklərinin hərrac evlərinin birində mobil telefonlar üçün nömrələrin satışına başlanıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, Bəzi nömrələrin qiyməti 100 min dollardan baha olub. Bu nömrələrdə rəqəmlərin çoxu təkrarlanır. Rekord nömrə isə demək olar ki, bütün rəqəmlərin təkrarlandığı nömrə oldu, onu 1 milyon 905 min dollara satın alıblar.
Unikal nömrənin sahibinin təhlükəsizliyi üçün nə nömrədə təkrarlanan rəqəmi, nə də sahibinin adını demirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !