Teleqram bu funksiyaları bağladı

08:36 | 07.09.2024
Teleqram bu funksiyaları bağladı

Teleqram bu funksiyaları bağladı

Teleqram sosial şəbəkəsi tətbiqin istifadəçilər tərəfindən bəyənilməyən, platforma administrasiyası üçün problem yaradan iki funksiyasının söndürüldüyünü elan edib.Bu barədə tətbiqin həmtəsisçisi Pavel Durov özünün rəsmi teleqram kanalında yazıb.

Durov qeyd edib ki, "Yaxın insanlar” funksiyası tətbiqdən çıxarılıb:
"Bundan teleqram istifadəçilərinin 0,1%-dən az hissəsi istifadə edib, lakin botlar və fırıldaqçılarla bağlı problemlər var idi”.

Həmçinin teleqramın oflayn bloq alətinə yeni media fayllarının yüklənməsi də deaktiv edilib.

Durov vurğulayıb ki,teleqram istifadəçilərinin 99,999 faizinin cinayətlə heç bir əlaqəsi yoxdur, qalan 0,001 faiz isə qeyri-qanuni fəaliyyətlə məşğuldur və bu səbəbdən platforma üçün pis imic yaradır və digər istifadəçiləri riskə atır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM